“Səfərdə böyük hesabla məğlub olduqdan sonra oyunçuları kökləmək çətin olur”

Bakı, 29 avqust, Sporaz.tv

Bu sözləri UEFA Konfrans Liqasının play-off mərhələsində “Zirə” – “Omonoiya” revanj matçından sonra mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Sporaz.tv xəbər verir ki, Sadıqov oyunla bağlı fikirlərini belə ifadə edib.

“Bugünkü oyuna hazırlaşmaq asan deyildi. Səfərdə böyük hesabla məğlub olduqdan sonra oyunçuları kökləmək çətin olur. Buna rəğmən yetirmələrim rəqiblə qarşılaşmaya yaxşı köklənmişdilər. Onlar qələbə qazanmaq üçün maksimum çalışdılar. Futbolçularımı təbrik edirəm”.

Yığmamızın sabiq “14 nömrə”si avrokubok turnirində iştiraklarını və məğlubiyyətlərindən də fayda götürdüklərini qeyd etdi:

“Bizim üçün avrokuboklarda çıxış etmək və pley-offa qədər irəliləmək, hətta Kiprdə 6 top buraxmaqla məğlub olmağımızın da təcrübə qazandıq. İrəli baxmalı və inkişaf etməliyik. Bundan sonra bütün diqqətimizi Premyer Liqaya yönəldəcəyik. Qarşıda bizim “Qarabağ”la çətin matç gözləyir, daha sonra “Neftçi”ylə ağır oyun gözləyir. Hər iki klub çempionatın favoritidi. Bizi ağır sınaqlar gözləyir”.

Bahar Rüstəm