“Səbail”dən yeni transfer

Bakı, 8 iyul, Sporaz.tv

Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

Sporaz.tv klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “dənizçilər” ukraynalı müdafiəçi Dmitri Litvinlə 1 illik razılığa gəlib.

Peşəkar karyerasına ölkəsinin “Metallist” (Xarkov) klubunda başlayan 27 yaşlı oyunçu sonuncu dəfə Portuqaliya təmsilçisi “Lusitania”da çıxış edib.

Mənbə: Report