Rəsmi açıqlamadan sonra Ali Koçdan En-Nesyri ilə bağlı açıqlama

Bakı, 24 iyul, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça) Klubunun prezidenti Ali Koç, Klublar Birliyi Vəqfinin toplantısına qatılmadan əvvəl verdiyi açıqlamada “Youssef En-Nesyri“(Yusif En-Nesiri)nin transferi ilə bağlı çox qısa açıqlama verib.

Sporaz.tv məlumat verir ki, Klublar İttifaqı Fondunun yeni prezidentinin seçilməsi ilə bağlı toplantı başlayıb. Vəqfin Maslakdakı mənzil-qərargahında keçirilən toplantıda, “Fenerbahçe” Klubunun prezidenti Ali Koç, Beşiktaş Klubunun prezidenti Həsən Arat, Galatasaray Klubunun vitse-prezidenti Metin Öztürk və Superliqadakı digər klubların prezidentlərinin ümayəndələri iştirak edib.

Klublar Birliyi Vəqfinin sədri vəzifəsindən ayrılacaq Ali Koç yığıncağa girərkən mətbuata verdiyi açıqlamada “Uğurlar” – deyə o cavab verib.

Fenerbahçedən KAP-a verilən açıqlamada, “Peşəkar futbolçu Youssef En-Nesyrinin transferi ilə bağlı, Futbolçu və Klubu Sevilla Futbol Klubu, S.A.D. ilə danışıqlar başlayıb. Futbolçu sağlamlıq yoxlamasından keçmək üçün və transfer danışıqlarını davam etdirmək üçün İstanbula gələcək”. -deyə bildirib