Ryan Kent ilə yollar ayrılır

Bakı, 8 iyul, Sporaz.tv

Fenerbahçe“də gözləntiləri qarşılaya bilməyən Ryan Kentin komandadan ayrılacağı iddia edilir. Ryan Kentlə biri Premyer Liqa olan üç İngiltərə komandasının maraqlandığı bildirilir.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin ötən mövsüm ilk transferi olan Ryan Kent “sarı-göylü” komandada gözləntilərin altında qaldı.

Fasilə zamanı Ryan Kentin “Lazio“ya transferi gündəmdə olsa da, son anda imzalar reallaşa bilməyib.

“Fenerbahçe” daha sonra Ryan Kentin lisenziyasını vermədi və futbolçu mövsümün ikinci yarısında meydana çıxa bilmədi.

Mövsümün sonunda “Fenerbahçe”dan ayrılacağı xəbəri yayılan Ryan Kent üçün yeni transfer iddiası ortaya atılıb.

İngilis jurnalist Darren Witcoop yazıb ki, Premyer Liqanın yeni komandası  “Ipswich” Ryan Kenti istəyir.

Xəbər təfərrüatında İpsviçdən başqa iki Çempionat komandasının da Ryan Kentin arxasınca düşdüyü ifadə edildi.

“Ipswich”in baş məşqçisi Kieran McKennanın 27 yaşlı vingerin böyük fanatı olduğu vurğulanıb. Ryan Kent hazırda bütün variantları dəyərləndirir.

“Fenerbahçe” ilə ümumilikdə 18 matça çıxan Rayan Kent 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bahar Rüstəm