Ruminiya milli komandasından Gheorghe Hagiyə təklif

Bakı, 29 iyul, Sporaz.tv

“Galatasaray”(Qalatasaray)ın əfsanəvi adı Gheorghe Hagiyə Ruminiya milli komandasının baş məşqçisi vəzifəsi təklif edildiyi iddia edilsə də, Ruminiyalı futbolçu bu təklifi qəbul etməyib.

Sporaz.tv məlumat verir ki, 2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) son 16 turunda Hollandiya tərəfindən mübarizədən kənarlaşdırıldı.

 Edward Iordanescu ilə yollar ayrıldıqdan sonra Rumıniya millisinə məşqçi axtarışları davam edir.

Ruminiya Futbol Federasiyasının prezidenti Razvan Burleanu, Gheorghe Hagiyə Rumıniya milli komandasına rəhbərlik təklif edib. Lakin Farul Constantanı çalışdıran Haginin, komandasından ayrılmaq istəmədiyi üçün Burleanunun təklifini rədd etmək qərarına gəldiyi bildirilib.

Ruminiya Futbol Federasiyasının Hagi ilə anlaşa bilmədiyi üçün Mircea Lucescunu ilk variant kimi gündəmə gətirdiyi iddia edilib. Xəbər təfərrüatında Mirel Radoi, Adrian Mutu, Cristi Chivu və Ladislau Boloni kimi adların da siyahıda yer aldığı bildirilib.