Rumıniya Mehmet Topaldan danışır

Bakı, 30 iyul, Sporaz.tv

Mehmet Topalın baş məşqçisi olduğu “FC Petrolul Ploiești” “Rapid Bucharest“lə derbidə meydanı 1:0 hesablı üstünlüyü ilə tərk edib. Mehmet Topalın məşqçi kimi ilk təcrübəsində qazandığı ilk qələbə ölkədə geniş təsir bağışladı.

Sporaz.tv xəbər verir ki, Rumıniya Liqasının 3-cü həftəsində “FC Petrolul Ploiești” və “Rapid Bucharest” komandaları üz-üzə gəlib. Mehmet Topalın çalışdırdığı “Petrolul” tək qolla qalib gəlib.

“Rapid Bucharest”i qəbul edən “Petrolul” 31-ci dəqiqədə Albin Berişanın vurduğu qolla qalib gələn tərəf olub. Mehmet Topalın yetirmələri matç boyu üstün tərəf olsalar da, mübahisəli VAR qərarından sonra qol ləğv edilib. Meydanda “Petrolul” komandası və onların tribunalardakı azarkeşləri bir an belə matçı tərk etməyib, heyət əskikliyinə baxmayaraq, qələbəyə nail olub.

Liqanın ilk 2 həftəsində bir çox futbolçusunu meydana çıxara bilməyən və qurduğu komanda ilə gənclər arasında oynayan Mehmet Topal bəzi futbolçularını “Rapid Bucharest”ə qarşı meydana çıxara bilməyib. Xüsusilə bir ay məşq və taktiki məşqlər etdiyi futbolçular arasında olan Baiano və Nana lisenziyaları onlara çatmadığı üçün oynaya bilməyib. Çətin şərtlərə baxmayaraq, komandanın Mehmet Topalın ətrafında birləşərək matça və liqaya böyük konsentrasiya ilə çıxdığı görüldü. “Petrolul” azarkeşləri təsirli futbol oynayan və derbidə qalib gələn Mehmet Topala qucaq açarkən, qola imza atan kosovalı Berişa da böyük dəstək aldı.

Klubun 100 illik yubileyi ilə əlaqədar rəhbərliyin tam heyətlə tribunada olduğu qarşılaşmada “Petrolul” azarkeşləri bir an belə səssiz qalmayıb. Matçın sonunda Mehmet Topal və komandası alqışlayıb.

Derbi ilə maraqlanan azarkeşlər bir gün əvvəl komandanın düşərgə etdiyi otelə gedərək böyük dəstək verib. Azarkeşlər məşəl alovlandıraraq Mehmet Topalın qələbə vədi ilə ayrılıblar. Bir gün əvvəl matça dəstək verən azarkeşlər matç boyu səssiz qalmayıblar və sonra bayram ediblər. Əyləncə gecə saatlarına qədər davam etdi.

Bahar Rüstəm