“Ruhdan düşməyib, qarşıdakı oyunlara köklənəcəyik”

Bakı, 23 sentyabr, Sporaz.tv

Misli Premyer Liqasının VII turunda “Sabah” səfərdə “Səbail” 4:2 hesabıyla üstün gəldi. Bol qollu keçən qarşılaşmadan sonra “dənizçilər”in üzvü Rüfət Abdullazadə sporaz.tv-ə açıqlaması belə oldu:

“Oyuna yaxşı hazırlaşmışdıq. Məqsədimiz qələbə qazanmaq idi. Yaxşı oynadıq, döyüşdük, amma məğlub olduq. Ötən mövsümdə də bu matçdakı kimi oxşar hadisələr baş verirdi. Qol buraxdıqdan sonra daha kreativ oyun sərgiləməklə irəli atılır və geridönüş edə bilirdik. Təəssüflər olsun ki, bu dəfə alınmadı. Ruhdan düşməyib, qarşıdakı oyunlara köklənəcəyik”.

Bahar Rüstəm

Leave a Reply