Rüdigerdən Arda Gülərə: Türk almazı

Bakı,12 may,Sporaz.tv

İspaniya La Liqasında çempionluq qazanan “Real Madrid” kubokla şəhərdə çempionluq turuna çıxıb. Bayram şənliklərində Antonio Rüdigerin milli ulduzumuz Arda Gülər ​​haqqında dediyi sözlər diqqət çəkib.

İSpoaz.tv xəbər verir ki, İspaniya La Liqasında 4 həftə qala XXXVI çempionluğunu qazanan “Real Madrid” qələbəsini azarkeşləri ilə bölüşüb.

Məşq obyektlərində kubokun təhvil verilməsi mərasimindən sonra baş məşqçi Karlo Ançelottinin yetirmələri Madriddə çempionat turuna çıxıblar.

Təşkilatda “Real Madrid” klubunun prezidenti Florentino Peres də iştirak edib.

Bənövşəyi-ağlı futbolçular Puerta del Sol meydanını dolduran azarkeşlərlə çempionluqdan tam həzz aldılar.

Prezident Peres və baş məşqçi Ançelotti balkonda çıxış edərkən, futbolçular mahnı oxuyan azarkeşləri müşayiət edib.

Mərasimlərdə nümayiş olunan treylerdə Real Madridin Bellingham, Vinicius, Rodrygo, Brahim və Modric kimi ulduz futbolçularının qolları ilə yanaşı, Arda Gülərin bənövşəyi-ağ forma ilə liqada Celta Vigo ilə görüşdə vurduğu ilk qol da yer alıb.

İtaliyalı baş məşqçi Ançelotti azarkeşlərlə birlikdə klubun himnini oxuyarkən meydanlardan “Modriç bizdə qalsın”, “Qızıl top Vinisiusa məxsusdur” şüarları gündəmə gəlib.

“Real Madrid”in kubok mərasiminin keçdiyi yolda geniş təhlükəsizlik tədbirləri alan polis komanda avtobusunu atlı, motorlu və çevik qüvvət qrupları ilə müşayiət edib.

Vüqar ALIŞOV