Bakı, 17 sentyabr, Sporaz.tv
Cristiano Ronaldonun çıxış etdiyi “Al-Nassr“(Əl Nassr)-da, portuqaliyalı baş məşqçi Luis Castro ilə müqaviləyə xitam verilib.
Sporaz.tv məlumat verir ki, Səudiyyə Ərəbistanının “Al-Nassr” komandası, baş məşqçi Luis Castro ilə yollarını ayırıb.
Portuqaliyalı baş məşqçi Səudiyyə klubundan ayrılması ilə bağlı verilən açıqlamada: “Luis və komandasına son 14 ayda göstərdikləri fədakar əməyə görə təşəkkür edir və onlara gələcəkdə uğurlar arzulayırıq” -ifadəsi yer alıb.
Heyətində Cristiano Ronaldo, Sadio Mane, Talisca və Aymeric Laporte kimi ulduzların yer aldığı “Al Nassr”, Luis Castronun rəhbərliyi altında 54 matçda 36 qələbə qazanıb, 9 matçda heç-heçə və məğlubiyyətlə ayrılıb.