Bakı, 22 avqust, Sporaz.tv
Beşqat “Qızıl top”un sahibi, portuqaliyalı hücumçu Cristiano Ronaldo “YouTube” platformasında rekorda imza atıb.
Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, oyunçunun youtube kanalı yaradıldıqdan cəmi bir saat yarım sonra ona bir milyon insan abunə olub.
“YouTube” bu nailiyyəti münasibətilə futbolçunu təbrik edib.
Xatırladaq ki, Ronaldo 2023-cü il yanvarın 2-də ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanının Al Nassr (Əl-Nasr) klubunun futbolçusu olub. Portuqaliyalı karyerası ərzində beş dəfə “Qızıl top” qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.