Ronaldo, yeni rekorda imza atıb

Bakı, 16 avqust, Sporaz.tv

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının Al Nassr (Əl-Nəsr) klubunun üzvü Christiano Ronaldo yeni rekorda imza atıb.

Sporaz.tv xəbər verir ki, 39 yaşlı forvard ardıcıl 23 mövsümdə ən azı bir qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Onun bu uğuru Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal matçına təsadüf edib. Ulduz oyunçu “Əl-Taavun”a qarşı görüşdə fərqlənib.

Qeyd edək ki, “Al-Nassr” Superkubokun finalında “Al-Hilal” komandası ilə üz-üzə gələcək. Qarşılaşma avqustun 17-də keçiriləcək.