Ronaldo tarixin ən yaxşı klubunun adını açıqlayıb

Bakı, 11 sentyabr, Sporaz.tv

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Al-Nassr” klubunun hücumçusu Cristiano Ronaldo tarixin ən yaxşı klubunun adını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, 39 yaşlı futbolçu İspaniyanın “Real Madrid” klubunu tarixin ən yaxşısı adlandırıb.

“Real Madrid” tarixin ən yaxşı klubudur və mən orada oynadığım üçün çox xoşbəxt idim. Klubun bütün zamanların ən yaxşı bombardiri oldum, dörd dəfə Çempionlar Liqasının qalibi olduq, bu, gözəl idi”, – C.Ronaldo vurğulayıb.

Qeyd edək ki, hücumçu 2009-2018-ci illərdə Madrid təmsilçisində çıxış edib. O, bu müddətdə 438 oyuna çıxıb, 450 qol vurub və 131 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu “Real Madrid”in heyətində 4 dəfə Çempionlar Liqasının qalibi olub.

Leave a Reply