Ronaldo, sevgilisi ilə dodaq uçuqladan müqavilə imzalayıb

Bakı, 27 avqust, Sporaz.tv

Məhşur futbolçu Ronaldo, sevgilisi ilə müqavilə imzalayıb.

Sporaz.tv xəbər verir ki, Ronaldo ilə onun beş uşağından ikisinin anası Georgina arasında müqavilə imzalanıb.

Bu haqqda Portuqaliyanin “TV GUIA” jurnalı yazıb.

Müqaviləyə əsasən, cütlük ayrılarsa, Ronaldo, sevgilisinə ömrlük 100 min avro (189,056 manat) ödəməli olacaq. Təkcə bununla kifayətlənməyən anlaşmaya əsasən, Ronaldo həmçinin Madriddə aldığı evini də Georginaya verəcək.

Bu şərtin 2017-ci ilin noyabrında qızları Alana Martinanın doğulmasından sonra qüvvəyə mindiyi bildirilib.

Qeyd edək ki, Cristiana Ronalda hazırda Ərəbistanın Al Nassr (Əl Nəsr) komandasında çıxış edir.