Ronaldo qələbə qazandırdı

Bakı, 9 sentyabr, Sporaz.tv

UEFA Millətlər Liqası A Liqasında PortuqaliyaŞotlandiya üz-üzə gəlib. Döyüş 2:1 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatıb.

Sporaz.tv xəbər verir ki, UEFA Millətlər Liqasında mübarizələr davam edir. A Liqasında Portuqaliya və Şotlandiya üz-üzə gəlib.

Matç 2:1 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatıb. Şotlandiya qarşılaşmada 7-ci dəqiqədə MakTominayın qolu ilə önə keçib. İkinci hissənin 54-cü dəqiqəsində Bruno Fernandes hesabı bərabərləşdirib. Portuqaliyada 88-ci dəqiqədə səhnəyə çıxan Cristiano Ronaldo komandasına qələbə qazandırıb.

Bu nəticə ilə Portuqaliya 2 oyundan sonra 6 xalla qrup lideri olub. Şotlandiya isə ikinci matçında məğlub olaraq 0 xalla qrupun sonuncu pilləsində qərarlaşıb.

Bahar Rüstəm

Leave a Reply