Bakı, 9 sentyabr, Sporaz.tv
UEFA Millətlər Liqası A Liqasında Portuqaliya və Şotlandiya üz-üzə gəlib. Döyüş 2:1 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatıb.
Sporaz.tv xəbər verir ki, UEFA Millətlər Liqasında mübarizələr davam edir. A Liqasında Portuqaliya və Şotlandiya üz-üzə gəlib.
Matç 2:1 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatıb. Şotlandiya qarşılaşmada 7-ci dəqiqədə MakTominayın qolu ilə önə keçib. İkinci hissənin 54-cü dəqiqəsində Bruno Fernandes hesabı bərabərləşdirib. Portuqaliyada 88-ci dəqiqədə səhnəyə çıxan Cristiano Ronaldo komandasına qələbə qazandırıb.
Bu nəticə ilə Portuqaliya 2 oyundan sonra 6 xalla qrup lideri olub. Şotlandiya isə ikinci matçında məğlub olaraq 0 xalla qrupun sonuncu pilləsində qərarlaşıb.
Bahar Rüstəm