Ronaldo Almaniyada ilklərin arxasınca gedir

Bakı,7 iyun,Sporaz.tv

Portuqaliya Milli Komandasının ulduz futbolçusu Cristiano Ronaldo 2024-cü il Avropa Futbol Çempionatında (AVRO 2024) oynayaraq turnir tarixində bir daha iz qoymağa hazırlaşır. 39 yaşlı futbolçunun hələ də qıracağı rekordlar var.

Yaşının qocalmasına baxmayaraq, Portuqaliyanın hücumda ən böyük kozu olan Ronaldo AVRO-2024-də oynasa, 6 Avropa Çempionatında oynayan ilk futbolçu olacaq.

Daha əvvəl AVRO-2004, 2008, 2012, 2016 və 2020-ci illərdə mübarizə aparan və 14 dəfə toru silkələyən təcrübəli futbolçu turnir tarixində ən çox oyun keçirən və ən çox qol vuran futbolçu titulunun da sahibidir.

Avropa çempionatı tarixində 5 turnirdə qol vuran yeganə futbolçu olan Ronaldo AVRO-2024-də rəqib qapısına qol vuraraq bu rəqəmi 6-ya çatdırmağa çalışacaq.

Portuqaliyalı hücumçu 2004-cü ildə iki dəfə, 2008-ci ildə bir dəfə, 2012 və 2016-cı ildə üç dəfə, 2020-ci ildə isə 5 dəfə toru silkələyib.

Turnir tarixində 14 qol vuran Ronaldo 9 qolla fransalı Michel Platini, hərəyə 7 qolla ingilis Alan Shearer və fransalı Antoine Griezmann qabaqlayır.

Çempionatın seçmə oyunları nəzərə alındıqda 50 qolu olan Ronaldo hətta ən yaxın rəqibləri Zlatan İbrahimovich (25) və Robbi Kinin (23) ümumi qol sayını da keçib.