Ronaldo “Al Nassr” – “Al Raed” matçında iz buraxdı!

Bakı, 23 avqust, Sporaz.tv

Bu yaxınlarda YouTube kanalı açan və 24 saat ərzində 20 milyondan çox abunəçisi olan Ronaldo, dünən Səudiyyə Ərəbistanında Pro Liqada keçirilən “Al Nassr” – “Al Raed” matçında start 11-də başladı. 39 yaşı olmasına baxmayaraq fiziki cəhətdən sağlam qalmağı bacaran portuqaliyalı ulduz dünən möhtəşəm qola imza atıb.

Sporaz.tv məlumat verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasında yeni mövsümün həyəcanı dünən keçirilən 3 qarşılaşma ilə başlayıb.

Ulduzlardan ibarət “Al Nassr” dünən mövsümün ilk oyununda “Al-Raed” komandasını qəbul edib.

Ulduz transferləri ilə diqqət çəkən Səudiyyə komandasının heyətində dünənki matça Cristiano Ronaldo ilk 11-də başlayıb.

Dünya ulduzu futbolçu Ronaldo Ar-Riyaddakı Al-Awwal stadionunda keçirilən matçda möhtəşəm qola imza atıb.

Matçın 34-cü dəqiqəsində, Manenin sol cinahdan ötürdüyü ötürmədə Cristiano Ronaldo, inanılmaz başla zərbə ilə “Al Nasrr”i 1-0 önə keçirən qola imza atıb.

Səudiyyə Ərəbistanı Liqasında ikinci mövsümünə girən Ronaldo, 48-ci liqa matçında 50-ci qolunu vurdu ki, bu statistikaya nail olmaq çətindir.

Lakin, “Al Nassr”in qol sevinci uzun sürmədi. Al Raed 49-cu dəqiqədə Mohamed Fouzairin penaltidən vurduğu qolla hesabı bərabərləşdirib.

Bu dəqiqədən sonra hər iki komanda mövqelər yaratsa da, qapılara qol vurulmayıb və görüş 1:1 hesabı ilə yekunlaşıb.

Qarşılaşmadan sonra Ronaldonun əsəbi olduğu, komanda yoldaşlarının və məşqçilərinin ona mənəvi dəstək olduğu görülüb.

Ötən mövsüm liqanı 2-ci pillədə başa vuran “Al Nassr”, bu mövsümə xal itkisi ilə başlayıb.

Onuda qeyd edək ki, Liqanın növbəti oyun həftəsində “Al Nassr” səfərdə “Al Fayha”nı, “Al Raed” isə doğma meydanda “Al-Qadsiah”ı qəbul edəcək.