Bakı, 16 noyabr, Sporaz.tv
UEFA Millətlər A Liqasında Portuqaliya, Polşanı 5:1 hesabı ilə məğlub edib. Cristiano Ronaldo 2 qol və 1 məhsuldar ötürmə ilə çıxış edib. Portuqaliyalı ulduz karyerasında 910-cu qolunu vurub.
Sporaz.tv məlumat verir ki, UEFA Millətlər A Liqasının 1-ci qrupunun 5-ci oyununda Portuqaliya, “Dragao” stadionunda Polşanı qəbul edib.
İlk hissə qolsuz başa çatıb. İkinci hissədə 6 qol vurulub. Qol pərdəsini 59-cu dəqiqədə Rafael Leao açıb. Ronaldo, 72-ci dəqiqədə penaltidən fərqi 2-yə çatdırıb. 80-ci dəqiqədə Bruno Fernandes, 3 dəqiqə sonra isə Pedro Neto komandasının 4-cü qolunu vurub. Superstar Ronaldo 87-ci dəqiqədə Portuqaliya üçün oyunu bağladı. Polşada Marczuk, 88-ci dəqiqədə fərqlənib.
Portuqaliya bu qələbə ilə xallarını 13-ə çatdırıb. Polşa 4 xalda qalıb.
Sebastian Szymanski zədəsi səbəbindən Polşada oynaya bilməyib.
Cristiano Ronaldo, Portuqaliya millisində Polşa ilə oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə çıxış edib. Karyerasında 1000 qola çatmağı hədəfləyən Ronaldo, 910-cu qolunu vurub.