Ronaldinho Bakıda futbolçularla görüşüb

Bakı, 13 noyabr, Sporaz.tv

Bakıda səfərdə olan Braziliya millisinin əfsanəvi futbolçusu Ronaldinho Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, 44 yaşlı keçmiş yarımmüdafiəçi “Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə” və “Marset” Futbol Akademiyasının yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olub.

Tədbirə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də qatılıb. O, Ronaldinhoya Azərbaycan millisinin 10 nömrəli formasını hədiyyə edib

Qeyd edək ki, 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən axşam saatlarında Azərbaycana gəlib.

Leave a Reply