Ronaldinho Amerika Kubokunun görüşlərini izləməyəcəyini açıqladı

Bakı, 15 iyun, Sporaz.tv

Braziliya millisinin sabiq futbolçusu Ronaldinho , ölkəsinin Amerika Kubokundakı görüşlərini izləməyəcəyini açıqlayıb.

Sporaz.tv xəbər verir ki, bu barədə “Cartoloucos” kanalına açıqlamasında 44 yaşlı veteran futbolçu özü bildirib.

O, yığmasının çox zəif təsir bağışladığını söyləyib: “Heç bir oyuna baxmağı düşünmürəm. Həyəcanı və sevinci yoxdur. Ümumiyyətlə, Braziliya millisinin oyunlarına baxmaqdan imtina edirəm”.

Qeyd edək ki, “sambaçılar” Amerika Kubokunun D qrupunda Kosta-Rika, Paraqvay və Kolumbiya yığmaları ilə qarşılaşacaq.