“Ronald Koeman”dan Giovanni van Bronckhorst sözləri

Bakı, 12 iyul, Sporaz.tv

Ronald Koeman “Beşiktaş“ın yeni baş məşqçisi Giovanni van Bronckhorstun ağ-qara komandada istədiyi sistemi quracağı təqdirdə uğur qazanacağını bildirib. Koeman daha əvvəl Türkiyədən Milli Komanda üçün təklif aldığını bildirərkən, “Bu iki komanda finala layiq olduğu üçün Hollandiya və Türkiyənin finalda qarşılaşmasını istərdim”-deyə bildirib.

Sporaz.tv məlumat verir ki, 2024-cü il futbol üzrə Avropa çempionatının yarımfinalında Hollandiya son dəqiqə qolu ilə İngiltərəyə uduzaraq, turnirlə vidalaşıb.

Hollandiya Millisinin baş məşqçisi Ronald Koeman və Giovanni van Bronckhorst müsahibəsində turnirlə bağlı açıqlamalar verib.

Koeman İngiltərəyə qarşı istəkli və ehtiraslı oyun oynadıqlarını, lakin son anda kiçik bir səhvə görə mübarizədən kənarlaşdırıldıqlarını bildirib.

Koeman Türkiyə Komandasına və 1/4 finalla bağlı sualı belə cavablandırıb: “Türkiyə turnirin ən iddialı və ehtiraslı komandası idi. Bütün oyunçular əllərindən gələni etdilər. Matçın ikinci yarısında tədbir görməsəydik. Xüsusilə son dəqiqələrdə bizi mübarizədən kənarlaşdıra bilərdilər.Biz Hollandiya və Türkiyənin finala çıxmasını istəyirdik.- deyə fikirlərini bildirib.

Əvvəllər Türkiyədən təkliflər aldığını, lakin onları qəbul etmədiyini bildirən Koeman, “Beşiktaş”ın yeni baş məşqçisi Giovanni van Bronckhorst la bağlı bunları deyib: “Türkiyə çox gözəl ölkədir. Onlar sözün əsl mənasında futbolla yaşayırlar. Qalib gələndə sən yaxşı olursan, uduzduğunda birdən pis olursan mənə daha əvvəl ciddi layihələrlə gəlmişdilər, amma Hollandiya Milli Komandası olaraq indi çox xoşbəxtəm gələcəkdə hazırda Hollandiyanı Türkiyədə təmsil edən Giovanni van Bronckhorst var.”-fikirlərini bildirib.