Romelu Lukaku üçün “Chelsea”yə təklif olunan məbləğ bəlli olub

Bakı, 11 iyun, Sporaz.tv

Antonio Konteni baş məşqçi təyin edən “Napoli“, belçikalı hücumçu Romelu Lukakunun ardınca gedir.

Sporaz.tv xəbər verir ki, “Napoli”yə yeni təyin olunan məşqçi Antonio Konte Lukakunun transferini istəyib.

Bu istiqamətdə hərəkətə keçən İtaliya komandası, Lukakunun transfer haqqını əlində saxlayan Chelsea (Çelsi)-yə bonuslar daxil olmaqla 15 milyon avro təklif edib.

Ötən mövsümü icarə əsasında Romada keçirən Romelu Lukaku 47 oyun keçirib. Belçikalı futbolçu, bu matçlarda 21 qol vurub, 4 məhsuldar ötürmə edib.