Romelu Lukaku iddiası

Bakı,29 may,Sporaz.tv

Prezident seçiləcəyi təqdirdə komandanın başına Joze Mourinyonu təyin edəcəyini açıqlayan Fenerbahçe (Fənərbağça)-nın prezidentliyə namizədi Əziz Yıldırımın da transferlərlə bağlı təşəbbüslərə başladığı iddia edilib.

Sporaz.tv xəbər verir ki, Əziz Yıldırım, hücumçu Lukakunu istəyir.

Türk mediasında bildirilir ki, Əziz Yıldırım prezident seçilərsə, belçikalı ulduzun icarəyə götürülməsi üçün rəsmi danışıqlar başlayacaq. 31 yaşlı futbolçu ilə əlaqənin qurulduğu da bildirilib.

Təcrübəli forvard bu mövsüm 47 matçda 21 qol vurub, 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Joze Mourinyo və Romelu Lukaku Romada bir müddət birlikdə çalışıb.