“Roma”nın sahibi Premyer Liqa komandasını alır

Bakı, 23 sentyabr, Sporaz.tv

İtaliya A Seriyasının komandalarından olan “Roma”-nın sahibi Dan Friedkinin idarə etdiyi “Friedkin Group”, Premyer Liqa komandalarından “Everton”-u almaq üçün razılığa gəlib.

Sporaz.tv məlumat verir ki, İngiltərə Premyer Liqasında uzun müddətdir mübarizə aparan “Everton“-un satış prosesi başa çatıb.

“Everton”-un sosial media hesabında edilən paylaşımda klubun satışı üçün Friedkin Group ilə razılığın əldə edildiyi bildirilib.

Müqavilənin başa çatması üçün Premyer Liqa, Futbol Assosiasiyası və Maliyyə Davranış Təşkilatından icazə tələb olunur.

Friedkin Groupun sözçüsü deyib: “Biz bu ikonik futbol klubunun yeni sahibi olmaq üçün razılığa gəldiyimizə görə çox şadıq. Bütün diqqətimizi əməliyyatı başa çatdırmaq üçün lazımi icazələri almağa yönəltmişik. Planlarımızı bölüşməyi səbirsizliklə gözləyirik.”- bəyanatlar daxil edilmişdir.

“Everton”-un yeni sahibi Friedkin Group, klubun 94 faizinə sahib olacaq.

Son aylarda “Everton”-un sahibi  Farhad Moshiri və Den Friedkinə məxsus “Friedkin Group”, transfer üçün razılığa gəlməyə yaxın idi.

Lakin klubun digər investorlarla danışıqları zamanı kreditlərlə bağlı fikir ayrılıqları yarandığı üçün sövdələşməni başa çatdırmaq mümkün olmayıb.

Leave a Reply