Roman Qriqorçuk Neftçidəki uğursuz kariyerasını belə şərh etdi

Bakı, 16 oktyabr, Sporaz.tv

“Azərbaycana bir məqsədlə getmişdim. Premyer Liqanın qalibi olub Çempionlar Liqasında oynayacağımızı ümid edirdim”.

Sporaz.tv xəbər verir ki, bu sözləri bir müddət öncə “Neftçi”də baş məşqçi vəzifəsində çıxış edən Roman Qriqorçuk Ukrayna mətbuatına açıqlamasında bildirib.

59 yaşlı mütəxəssis qeyd edib ki, uğursuz nəticələrdən sonra ən yaxşı addım klubla yolları ayırmaq idi: “Doqquz turdan sonra bir qələbəmiz belə, yox idi. Belə olan halda qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyduq. Həmin vaxt bundan daha yaxşı qərar qəbul oluna bilməzdi”.

Koamdanın sabiq baş məşqçisi “Neftçi”yə uğurlar arzu edib.

Qeyd edək ki, Roman Qriqorçuk Azərbaycan komanda ilə mövsümün əvvəlində 2 illik müqavilə imzalamışdı.