Bakı, 14 noyabr, Sporaz.tv
İtaliyanın “Roma” klubunun yeni baş məşqçisi bəlli olub.
Sporaz.tv xəbər verir ki, paytaxt təmsilçisinin sükanı arxasına Klaudio Ranyeri keçib. İtaliyalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə bağlanıb. O, bu vəzifədə bir neçə gün öncə istefa verən İvan Yuriçi əvəzləyib.
Mütəxəssis mövsümün sonunda klubda rəhbər vəzifələrdən birini tutacaq.
Qeyd edək ki, Klaudio Ranyeri 2009-2011-ci və 2019-cu illərdə də “Roma”da fəaliyyət göstərib.