Bakı, 11 noyabr, Sporaz.tv
Baş məşqçi Ivan Juriclə yollarını ayıran “Roma“-nın Roberto Mancini ilə danışıqlara başladığı iddia edilib.
Sporaz.tv xəbər verir ki, A Seriyasında pis mövsüm keçirən “Roma”, Daniele De Rossidən sonra vəzifəyə gələn Ivan Juriclə müqaviləsini ləğv edib.
“Roma” rəhbərliyinin Roberto Mancini ilə danışıqlara başladığı iddia edilib. İtalyan məşqçinin “Roma” rəhbərliyindən ən az iki illik müqavilə istədiyi, üçüncü ilin isə istəyə bağlı olmasını tələb etdiyi bildirilib.
Roberto Mancini, 2 həftə əvvəl Səudiyyə Ərəbistanı milli komandasındakı işini tərk edib.