“Roma”, La Liqanın bombardirini transfer edib

Bakı, 2 avqust, Sporaz.tv

Ötən mövsüm İspaniya La Liqasının bombardiri olan “Girona“nın ukraynalı mərkəz hücumçusu Artem Dovbyk, İtaliyanın “Roma” komandası ilə anlaşıb.

Sporaz.tv məlumat verir ki, İtaliya A Seriyasının komandası Roma, İspaniya komandası “Girona”da çıxış edən Artem Dovbyki heyətinə qatdığını açıqlayıb.

Romada verilən açıqlamada, ukraynalı futbolçunun ötən mövsüm La Liqada bombardiri olduğu, Dovbyk üçün isə “Fiziki cəhətdən güclü mərkəz hücumçusu” olduğu xatırladılıb.

27 yaşlı hücumçu ötən mövsüm La Liqada 36 oyun keçirib və 24 dəfə fərqlənib.

Artem Dovbyk, “Roma”da 11 nömrəli formanı geyinəcək.