“Roma”, Jose Mourinhonun yerinə gələn məşqçi ilə yollarını ayırıb

Bakı, 18 sentyabr, Sporaz.tv

Roma“, Jose Mourinhodan sonra baş məşqçi təyin etdikləri Daniele De Rossi ilə yollarını ayırdıqlarını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, İtaliya A Seriyasının “Roma” komandasında gözlənilən gediş baş tutub. Klub, baş məşqçi Daniele De Rossinin istefaya göndərildiyini açıqlayıb.

“Roma”nın verdiyi açıqlamada, “Klubun qərarı, mövsümün yeni başladığı bir vaxtda istədiyimiz yola sürətlə davam etmək üçün komandanın mənafeyinə uyğun olaraq alındı. Son aylarda fədakarlıqla aparılan işlərə görə Danieleyə təşəkkür edirik.”- ifadələrdən istifadə olunub.

“Roma” Jose Mourinho ilə yollarını ayırdıqdan sonra 2024-cü il yanvarın 16-da klubun əfsanəsi Daniele De Rossini komandaya rəhbər təyin edib. Rossi “Roma”nı idarə edərkən 30 matçda orta hesabla 1,70 xal toplayıb.

Leave a Reply