Bakı, 21 oktyabr, Sporaz.tv
“Roma” azarkeşləri “İnter” matçı öncəsi rəhbərliyə reaksiya verib və ilk 15 dəqiqədə tribunalara daxil olmayıblar.
Sporaz.tv xəbər verir ki, İtaliya A Seriyasının komandalarından biri olan Romada azarkeşlər rəhbərliyə etiraz edib.
“Roma” azarkeşləri “İnter”lə oyunun ilk 15 dəqiqəsində tribunalara getməyib. Tribunalardakı pankartda “Bu rəhbərlikdən iyrəndiyimiz üçün 15 dəqiqə iştirak etmirik!” ifadəsindən istifadə edilib.
“Roma” evdə “İnter”-ə 1:0 hesabı ilə uduzub.
“Roma” bu mövsüm 8 oyundan 10 xalla liqada 10-cu pillədə qərarlaşıb. Ötən ay İtaliya komandası klubun əfsanələrindən olan məşqçi Daniele De Rossi ilə yollarını ayırıb və bu vəzifəyə İvan Yuriç təyin olunub.
Məhəmməd Qasımov