Rolands Freimanis ilə yeni müqavilə

Bakı, 9 iyul, Sporaz.tv

Türkiyə Sığorta Türkiyə Basketbol Liqasının komandalarından olan Gaziantep Basketbol klubu, latviyalı oyunçu Rolands Freimanis ilə müqaviləni yeniləyib.

Sporaz.tv xəbər verir ki, baş menecer Boray Dai, ötən mövsüm komandada çıxış edən Freimanis ilə yeni mövsüm üçün anlaşdıqlarını bildirib.

Freimanis’in performansından razı qaldıqlarını bildirən Dai, “Transferi diqqətlə araşdırırıq. Bu mənada ötən mövsüm komandanın ən yaxşılarından olan və 2017-2018 mövsümündə formamızı geyinən Rolands Freimanis ilə yenidən müqavilə imzaladıq. Onun təcrübəsindən bu mövsüm də yararlanacağıq.” dedi.

Dai, transfer cəhdlərinin davam etdiyini də əlavə edib.