Rodrigo Bentancur komanda yoldaşına qarşı irqçilik etdiyi üçün 7 oyunluq cəzalanıb

Bakı, 18 noyabr, Sporaz.tv

Tottenham”-ın yarımmüdafiəçisi Rodrigo Bentancur, cənubi koreyalı komanda yoldaşı Heung-min Sona qarşı irqçi ifadələr işlətdiyi üçün 7 oyunluq cəzalanıb.

Sporaz.tv məlumat verir ki, İngiltərə Futbol Federasiyası “Tottenham”-ın yarımmüdafiəçisi Rodrigo Bentancur, komanda yoldaşı Heung-min Sonu irqi zəmində təhqir etdiyinə görə 7 oyunluq cəzalanıb. Bentankur sentyabrda da 100 min funt-sterlinq cərimə olunub.

Keçən iyunda ölkəsi Uruqvayda televiziya proqramında çıxış edən Bentankur Son haqqında danışarkən: “Koreyalıların hamısı bir-birinə bənzəyir.” 27 yaşlı futbolçu daha sonra sosial media hesabında üzr istəyib və onun şərhlərinin “çox pis zarafat” olduğunu bildirib.

Leave a Reply