Bakı, 18 noyabr, Sporaz.tv
“Tottenham”-ın yarımmüdafiəçisi Rodrigo Bentancur, cənubi koreyalı komanda yoldaşı Heung-min Sona qarşı irqçi ifadələr işlətdiyi üçün 7 oyunluq cəzalanıb.
Sporaz.tv məlumat verir ki, İngiltərə Futbol Federasiyası “Tottenham”-ın yarımmüdafiəçisi Rodrigo Bentancur, komanda yoldaşı Heung-min Sonu irqi zəmində təhqir etdiyinə görə 7 oyunluq cəzalanıb. Bentankur sentyabrda da 100 min funt-sterlinq cərimə olunub.
Keçən iyunda ölkəsi Uruqvayda televiziya proqramında çıxış edən Bentankur Son haqqında danışarkən: “Koreyalıların hamısı bir-birinə bənzəyir.” 27 yaşlı futbolçu daha sonra sosial media hesabında üzr istəyib və onun şərhlərinin “çox pis zarafat” olduğunu bildirib.