Rodrigo Becao üçün sürpriz transfer imkanı

Bakı, 5 avqust, Sporaz.tv

Fenerbahçe“nin təcrübəli müdafiəçisi Rodrigo Becaonun İtaliyadan talibi var. İtalyanlar “Fenerbahçe”nin Becao üçün istədiyi transfer qiymətini də açıqlayıb.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin ötən mövsümün əvvəlində “Udinese”dən 8,31 milyon avroya transfer etdiyi Rodrigo Becao zədə səbəbindən müntəzəm oynamaq şansı qazanmayıb.

28 yaşlı Becao 2023-24 mövsümündə zədə səbəbindən ümumilikdə 30 matçı buraxıb.

Jose Mourinhonun bu mövsüm planları arasında olmadığı iddia edilən Rodrigo Becao üçün İtaliya mətbuatı tərəfindən diqqətçəkən bir transfer iddiası ortaya atıldı.

La Stampada çıxan xəbərə görə, “Torino” Rodrigo Becaonu gündəmə gətirib. Las Palmasdan müdafiəçi Saul Coconu heyətinə qatan “Torino”nun sözügedən bölgədə daha bir möhkəmlətmə edəcəyi vurğulanıb.

Xəbərdə xatırladılıb ki, “Torino”nun baş məşqçisi Davide Vagnati ötən mövsüm Rodrigo Becaonu istəsə də, futbolçu “Fenerbahçe”yə üstünlük verib.

Digər tərəfdən xəbərlərdə “Fenerbahçe”nin Rodrigo Becao üçün istədiyi transfer qiymətindən də bəhs edilib.

Buna uyğun olaraq “sarı-göylər”in 28 yaşlı müdafiəçi üçün 10 milyon avro tələb etdiyi bildirilirdi.

Ötən mövsüm “Fenerbahçe” ilə ümumilikdə 22 matça çıxan Becao 1640 dəqiqə meydanda qalıb.

Təcrübəli müdafiəçinin “Fenerbahçe” ilə daha 4 illik müqaviləsi var.

Bahar Rüstəm