Roberto Mancininin gedişi rəsmən açıqlanıb

Bakı, 24 oktyabr, Sporaz.tv

Səudiyyə Ərəbistanı və Roberto Mancini rəsmən yollarını ayırıb. Təcrübəli məşqçi Roberto Mancini pis nəticələrdən sonra vəzifəsindən kənarlaşdırılıb.

Sporaz.tv məlumat verir ki, dünya kuboku 2026-nın seçmə mərhələsində mənfi nəticələrdən sonra Səudiyyə Ərəbistanında Mancini ilə ayrılıq yaşanıb.

2023-cü ilin avqustunda vəzifəsinin icrasına başlayan Roberto Mancini ilə 2027-ci ilin iyununa qədər müqavilə bağlanıb. Səudiyyə Ərəbistanının baş məşqçisi 18 matçda meydana çıxan 59 yaşlı çalışdırıcı 7 qələbə, 5 heç-heçə və 6 məğlubiyyətə imza atıb.

Artıq Mancininin yerinə mümkün namizədlər müəyyənləşib. İlk alternativ kimi əvvəllər Səudiyyə Ərəbistanında “Al Nassr”, “Al Hilal” və “Al İttihad” komandalarının baş məşqçisi olmuş, hazırda Braziliyanın “Corinthians” komandasının rəhbəri olan argentinalı məşqçi Ramon Diaz irəli sürülüb.

İddialara görə, digər namizəd 2019-2023-cü illərdə Səudiyyə Ərəbistanı milli komandasında çalışmış fransalı baş məşqçi Herve Renarddır.