Robert Lewandowskidən “Fenerbahçe” iddialarına cavab

Bakı, 3 iyun, Sporaz.tv

Fenerbahçe ” ilə adı anılan Robert Lewandowski Polşa Milli Komandasının mətbuat konfransında ona verilən transfer sualını cavablandırıb. “Fenerbahçe” ilə adı anılan Robert Lewandowski Polşa Milli Komandasının mətbuat konfransında ona verilən transfer sualını cavablandırıb.

 Sporaz.tv xəbər verir ki, Kataloniya nəhəngi “Barcelona“da çıxış edən Robert Lewandowski AVRO-2024 üçün Polşa millisinin düşərgəsinə qatılıb. Ulduz futbolçuya mətbuatda “Fenerbahçe “nin transfer iddiaları ilə bağlı sual verilib.

Təcrübəli ulduz “Mən heç nə bilmirəm. “Fenerbahçe ” mənimlə əlaqə saxlamadı” deyə cavab verib.

AVRO-2024-də Polşa ilə mübarizə aparacaq Levandovskinin “Barcelona” ilə 2026-cı ildə başa çatacaq müqaviləsi olacaq.

35 yaşlı hücumçu “Barcelonanın”nın heyətində ümumilikdə 95 oyun keçirib və 59 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Bahar Rüstəm