Rizeni Super Liqaya aparan Bolasie indi hardadır?

Bakı,6 may,Sporaz.tv

Futbolda ya qazanarsan,ya məğlub olarsan.Ya da Yannick Bolasie kimi rəqs edərsən.

Yaşıl meydanların gördüyü ən böyük akrobatlardan olan Bolasie , Kongolu bir ailənin oğlu olaraq Lyonda dünyaya gəldi. O ,7 aylıq olanda ailəsi Londona köçdü. Hələ də orada yaşayır.

16 yaşında həvəsləndirici qruplarda oynayaraq futbola başladı. Bir ara Malta Liqasında belə şansını yoxladı. Həvəskar liqadan çempionluğa yüksələndə 20 yaşındaydı. Bolasie şöhrətini Crystal Palace da qazandı. Alt liqadan gələn digər bir oyunçu Zaha ilə möhtəşəm bir ikili oldu.Daha sonra 30 milyon avroya yaxın qiyməti ilə Evertona getdi.

Sonrakı illərdə isə,Anderlecht və Sporting Lisbon cəhdinin ardından Rizeyə gəldi.Rizeni köhnə bir “Çaykur Rizespor”lu olan öz qohumu Lomano Luadan öyrənmişdi.

Komandanın alt liqaya düşdüyü sezon özünü göstərə bilmədi. Amma Rizenin Super Liqaya çıxmasında 28 matçda 18 qolla baş rolda öz yerini aldı. Rizedən sonra “Swensea City” ilə təkrar İngiltərəyə qayıdan Bolasie son olaraq Braziliya komandası “Criciuma EC”-ya imza atdı.

Bahar Rüstəm