Rıdvan Dilmenin “Galatasaray” proqnozu özünü doğrultdu

Bakı,13 may,Sporaz.tv

Rıdvan Dilmen “Galatasaray“ın “Fatih Karagümrük“ü 3-2 hesabı ilə məğlub etdiyi matçı dəyərləndirib. Dilmenin “Fatih Karagümrük” – “Galatasaray” matçı öncəsi proqnozu özünü doğrultdu.

Spoaz.tv xəbər verir ki, məşhur şərhçi Rıdvan Dilmen Trendyol Superliqasının 36-cı həftəsində “Galatasaray”ın səfərdə “Fatih Karagümrük”ü 3:2 hesabı ilə məğlub etdiyi matçı şərh edib.
Dilmen “Galatasaray”ın “Fatih Karagümrük”lə heç-heçə etsə belə, 99 faiz şansla çempion olacağını bildirib.
Məşhur şərhçi sarı-qırmızılıların 36 həftədə keçirdiyi ən həyəcanlı matçı gördüyünü bildirib.
Superliqanın 37-ci həftəsində keçiriləcək “Galatasaray” – “Fenerbahçe” derbisinə də toxunan Rıdvan Dilmen “Galatasaray”ın derbidə uduzsa belə, “Konyaspor“u məğlub etmək məcburiyyətində olmadığını bildirib.
Dilmen çempionluq yarışı ilə bağlı bu açıqlamaları verib:
“Əslində “Glatasaray” öz meydanında “Fenerbahçe”yə uduzdu. 3 fərq qalıb. “Galatasaray” üçün 1 xal kifayətdir. Nə edəcəksən? Səhərə qədər matç 0-0 bitəcək”.
Digər tərəfdən, Rıdvan Dilmenin” Fatih Karagümrük” – “Galatasaray” matçı öncəsi proqnozu da özünü doğrultdu.
Məşhur şərhçi matçdan əvvəl “Galatasaray”ın qalib gəlmək üçün ən azı 3 qol vurması lazım olduğunu, çünki” Fatih Karagümrük” ən az 2 qol vura biləcəyini təklif etmişdi.

Bahar Rüstəm