Richard Rios kimdir, neçə yaşı var və hansı komandalarda çıxış edib?

Bakı, 18 iyul, Sporaz.tv

Adı Super Liqa komandaları ilə hallanan Richard Riosun karyerası futbolsevərlər tərəfindən diqqətlə izlənir. “Pameiras”da çıxış edən kolumbiyalı oyunçu mərkəz yarımmüdafiəçisi və ön libero kimi çıxış edə bilər. Braziliya klubu ilə 2026-cı ilin sonuna qədər müqaviləsi olan futbolçu güclü bədən quruluşu ilə diqqət çəkir. Bəs Richard Rios kimdir, neçə yaşı var və hansı komandalarda çıxış edib?

 Sporaz.tv məlumat verir ki, 2000-ci il iyunun 2-də Kolumbiyada anadan olan futbolçu futbola Alianza Platanera ilə başlayıb.

2020/2021 mövsümündə Flamengo U20 komandasından A Komandasına yüksələn uğurlu oyunçu 21/22 mövsümündə Mazatlan FK-ya icarəyə verilib. 22/23 mövsümündə futbolçu Flamengodan ayrılaraq Guarini komandasına qoşulub.

O, 22/23 mövsümündə 1,38 milyon avroya “Palmerias”a transfer olunub. Futbolçu ötən mövsüm 29 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Richard Riosun karyerasına  Palmeiras, Guarani, Flamengo və Mazatlan kimi komandalar daxil olsa da, oyunçunun hazırkı bazar dəyəri 5 milyon avrodur.