Ricardo Quaresma futbolu tərk etməyi düşünür


Bakı, 18 oktyabr, Sporaz.tv

Beşiktaş“-ın keçmiş ulduzu Ricardo Quaresma futbolu tərk etmək qərarına gəldikdə, yubileyini “Porto” və ya “Beşiktaş”-da qeyd etmək istədiyini bildirib.


Sporaz.tv xəbər verir ki, Ricardo Quaresma Portuqaliyada qatıldığı tədbirdə karyerası ilə bağlı açıqlamalar verib. Quaresma karyerası ilə bağlı qərar vermədiyini və futbolu hansı komandada tərk edəcəyini bilmədiyini bildirib.

Portuqaliyalı futbolçu, “Karyeramda mənə təsir edən üç komanda oldu. Futbola başladığım “Sporting”. Daha sonra karyeram boyunca iki sevgim oldu: “Porto” və “Beşiktaş”. Bir daha oynasaydım istəyərdim ki, heç olmasa “Porto” və ya “Beşiktaş”-da vida matçı keçirim”,- deyib.

Ricardo Quaresma “Sportinq”də başladığı futbolçu karyerasını “Barcelona”-da (Barselona) davam etdirib.

Quaresma 2004-cü ildə “Porto”-ya transfer olunub, daha sonra müvafiq olaraq “İnter” və “Çelsi”-də (Chelsea) çıxış edib.

2010-cu ildə “Beşiktaş”la müqavilə imzalayan və 3 mövsüm ağ-qara komandada çıxış edib və 2014-cü ildə “Porto”-ya qayıdıb. Portuqaliya komandasında yarım mövsüm oynadıqdan sonra yenidən “Beşiktaş”la anlaşan Ricardo Quaresma 4 illik ikinci müddətindən sonra komandadan ayrılıb.

Türkiyədə “Kasımpaşa”-da da çıxış edən Ricardo Quaresma sonuncu dəfə “Vitoriya”da çıxış edib. 41 yaşlı futbolçu karyerası ərzində 681 matçda 112 qol vurub və 166 məhsuldar ötürmə edib.

Məhəmməd Qasımov