Ricardo Qauresmanın dəstək postu

Bakı, 26 iyun, Sporaz.tv

Bir müddət Super Liqada “Beşiktaş” və “Kasımpaşa“da çıxış edən Ricardo Quaresma Çexiya – Türkiyə matçı öncəsi paylaşım edib. Quaresmanın Türkiyəyə uğurlar arzulayan paylaşımı qısa zamanda çoxlu bəyənmə alaraq sosial mediada trend mövzusuna çevrilib.

Sporaz.tv xəbər verir ki, AVRO 2024 F qrupunun son matçında TürkiyəÇexiya ilə qarşılaşacaq. Kritik qarşılaşmadan əvvəl Ricardo Qauresma “ulduz-aypara” komandasına uğurlar arzulayıb.

Ricardo Quaresma paylaşımında “Uğurlar Türkiyə! Ümid edirəm ki, qrupları keçib yoluna davam edərsən” deyib.

Quaresmanın paylaşımı belədir:

Bahar Rüstəm