Rey Manaja təkliflər var

Bakı, 11 iyul, Sporaz.tv

EMS Yapı Sivassporun hücumçusu Rey Manaj transfer dövrünün məşhur oyunçuları arasındadır.

Sporaz.tv xəbər verir ki, hələlik 27 yaşlı futbolçu üçün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya komandalarından təkliflər gəlib.

EMS Yapı Sivasspor rəhbərliyi hələ mövsüm düşərgəsinin əvvəlində iştirak etməyən futbolçu ilə görüşəcək və yaxın günlərdə təkliflərə qərar verəcək.

2024-cü il Avropa çempionatında Albaniya millisi ilə mübarizə aparan Rey Manaj, ötən mövsüm 36 matçda iştirak edib. Manaj, bu görüşlərdə 22 qol vurub və 3 məhsuldar ötürmə edib.