“Revanş oyununa azərbaycanlı hakim gözləyirik”

Bakı, 22 avqust, Sporaz.tv

Galatasaray“ın baş məşqçisi Okan Buruk “sarı-qırmızılı” komandanın “Young Boys“a 3-2 hesabı ilə uduzduğu matçdan sonra açıqlama verib. Okan Buruk matçı İsveçrənin Almaniya kantonunda keçirdiklərini xatırladıb və matça alman hakimin təyin olunmasına reaksiya verib.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə İsveçrə təmsilçisi “Young Boys”a 3:2 hesabı ilə uduzub. Qarşılaşmanı “sarı-qırmızılılar”ın çalışdırıcısı Okan Buruk dəyərləndirib.

TRT-yə danışan Burukun açıqlamaları belədir:

“Çox erkən qol buraxmaqla səhv etdik. Həmin qoldan sonra ruhdan düşməyə başladıq. İkinci qolu ilk hissənin sonunda buraxdıq. Oyuna Ziyeclə başladıq. Batshuayinin oyuna girməsi ilə ikinci yarının əvvəlində qol üçün əlverişli mövqelərimiz var idi.

“Etdiyimiz səhvlər, verdiyimiz mövqelər oldu. Daha yaxşı çıxış etməliyik. Tribunada idim, oradan baxırdım və hakim rəhbərliyi məni narahat etdi. O, lazımsız kartlar verdi. Onun kartı yazması iki dəqiqə çəkdi. İsveçrənin Almaniya kantonundayıq və inşallah, ikinci oyunda da azərbaycanlı hakimin olması ilə olacaq, vəziyyəti bərabərləşdirəcəyik”.

“Cərimə zamanı top Abdülkerimin ayağına gəldi. O sürüşən kimi avtomatik olaraq əl açılacaq. Üstəlik, onu kartla cəzalandırmaq ağır cəza idi. Tezliklə robot kimi oyunçuların qollarını bağlayacağıq.

Musleranın ağrıları var, amma ikinci matça keçəcəyini düşünürəm. Kaan qayıdır. Davinsona da baxacağıq, onu oyuna hazırlamağa çalışacağıq. O, çox vacib oyunçudur. Biz onun yoxluğunu hiss etdik.

Biz öz meydanımızda, öz tamaşaçılarımızla daha çox işlər görəcəyik. “Galatasaray” İsveçrə komandalarını sevir. İkinci görüşdə irəliləyəcəyimizə inanıram”.

Bahar Rüstəm