Rekord təklifdən sonra qərar

Bakı, 13 avqust, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça)-dan ayrılması gündəmdə olan Ferdi Kadıoğlu ilə İngiltərə Premyer Liqasının iki komandası maraqlanır. “Brighton” və “Manchester United“(Mançester Yunayted)-in təklif etdiyi Ferdi Kadıoğlu, seçimini iki komanda arasında edib.

Sporaz.tv məlumat verir ki, Fenerbahçenin və Türkiyə millisinin uğurlu adı olan Ferdi Kadıoğlu, karyerasında yeni macəraya başlaya bilər.

“Brighton” və “Manchester United”in pəncəsində olan Ferdi Kadıoğlu gələcəyi ilə bağlı seçimini edib.

“Fenerbahçe” Ferdi Kadıoğlu üçün “Brighton” və “Manchester United”dən təklif alıb.

Brightonun təklifi 35 milyon avro, “Manchester United”in təklifi isə bu rəqəmdən aşağı olub.

Digər tərəfdən, “Manchester United”in təklifini yeniləyəcəyi və yaxın günlərdə “Fenerbahçe”nin qapısını bir daha döyəcəyi bildirilirdi.

Rəhbərliyin cəlbedici təkliflərə baxmayaraq Ferdi Kadıoğlunu heyətdə saxlamaq istədiyi vurğulanıb.

Yenə xəbərlərdə Ferdi Kadıoğlunun seçimini “Brighton” və “Manchester United” arasında etdiyi bildirilib.

Buna uyğun olaraq, klublar razılığa gəlsə, rükiyəli futbolçu daha çox “Manchester United”ə getməkdə maraqlıdır.

Jose Mourinho dünən keçirdiyi mətbuat konfransında Ferdi Kadıoğlu ilə bağlı bunları deyib: “Nəyəsə nail olmaq istəyən komandalar heyətlərini təkmilləşdirməli və ən yaxşı oyunçularını itirməməlidirlər. Ferdinin qalmasını istəyirəm, amma bu mənim üzərimdə olan bir məsələdir. O, əla oyunçudur. Peşəkar və çox yaxşı uşaqdır. O, çox yaxşı məşq edir.” Ümid edirəm ki, o, komandada qalacaq”-sözlərini deyib.

Fenerbahçe daha 2 illik müqaviləsi olan 24 yaşlı Ferdi Kadıoğlunu 2018-19 mövsümünün əvvəlində NEC Nijmegendən 1,4 milyon avroya transfer edib.