Bakı, 18 noyabr, Sporaz.tv
“Red Bull” avtomobilin çəkisini artırdığını əsas gətirərək Las Vegas Grand Prisində xüsusi rəng sxemindən istifadə etməyəcək.
Sporaz.tv xəbər verir ki, Las-Veqasdakı yarış həftəsindən əvvəl “Red Bull” İrlandiyanın Galway şəhərində nümayiş yürüşü keçirdi. David Coulthard və Patric Friesacher minlərlə azarkeş qarşısında keçmiş “Red Bull” Formula 1 avtomobilində çıxış ediblər. Bu nümayişdə Sebastyan Vettelin üçüncü dünya çempionluğunu qazandığı 2012 model RB7 avtomobilindən istifadə edilib.
Nümayiş yürüşü zamanı Las Vegas Grand Prisində istifadə edilməsi gözlənilən hazırkı rəngdən daha açıq mavi tonlarda olan rəng sxemi də təqdim edilib.”Red Bull” bu illər ərzində ABŞ-da yarışlar üçün xüsusi rəng sxemləri təqdim edib.
2023-cü ildə ABŞ-da üç yarış üçün istifadə olunacaq rəng sxemi azarkeşlər tərəfindən yaradılmışdır.Red Bull 2024-cü il Las Vegas Qran Prisi üçün də xüsusi rəng sxemindən istifadə etməyi planlaşdırmışdı, lakin RB20 avtomobilinə əlavə edilən boyanın əlavə çəki yaradacağını əsas gətirərək həftə sonu ənənəvi rəng sxemlərindən istifadə etməyə qərar verdilər. Buna görə də, İrlandiyada nümayiş yürüşü zamanı təqdim edilən rəng sxemi rəfdə qaldı.
Məhəmməd Qasımov