“Reallıqlarla barışmaq lazımdır”

Bakı, 30 avqust, Sporaz.tv

Bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santos UEFA Millətlər Liqasında keçiriləcək İsveçlə oyundan öncə mətbuat konfransında deyib.

Sporaz.tv  xəbər verir ki, Pxəbərortuqaliyalı mütəxəssis heyət seçimindən və hazırlıqlardan danışıb:

“Siyahıda 50 oyunçunun adı var idi. Bu, onların arasından seçdiklərimizdir. Son günə qədər oyunçuları dəyərləndirdik. Biz gələcək üçün komanda qurmağa hazırlaşırıq. Köklü dəyişiklik etməyə gərək yoxdur. Futbolçularla ilk dəfə çalışacam. Fiziki hazırlıqda dəyişiklik etmək imkanımız yoxdur. Klublarında necədirsə, burada da elə də olacaq. Hazırlıq bazası bu olacaq. Rəqabətədavamlı komanda yaratmaq istəyirik”.

Yığmamız Millətlər Liqasında sentyabrın 5-də Bakıda İsveçlə, ayın 8-də isə Koşitsedə Slovakiya ilə qarşılaşacaq.

Bahar Rüstəm