“Real”ın ən yaşlı yarımmüdafiəçisi

Bakı,1 may,Sporaz.tv

Luka Modric“(Luka Modriç) Çempionlar Liqasında İspaniyanın “Real” klubunun heyətində meydana çıxan ən yaşlı futbolçu olub.

Sporaz.tv məlumat verir ki, yarımmüdafiəçi 38 yaş 234 günlüyündə “Bavariya” ilə yarımfinal mərhələsinin ilk matçında çıxış edib.

Xorvatiya millisinin kapitanı bununla da əfsanəvi “Ferenc Puskas”(Ferents Puşkaş)ın 1965-ci il noyabrın 17-dən bu yana qırılmayan rekordunu yeniləyib. Macarıstanlı qoleador 38 yaş 229 günlüyündə meydana çıxıb.

Modric bu göstəricini Madrid klubunun heyətində keçirdiyi 528-ci, Çempionlar Liqasında isə 118-ci oyununda yeniləyib.

Qeyd edək ki, “Bavariya” – “Real” matçı heç-heçə (2:2) yekunlaşıb.