Bakı,4 may,Sporaz.tv
“Real“ın kapitanı “Nacho Fernandez”(Naço Fernandes) Madrid klubundan ayrılacağını qətiləşdirib.
Sporaz.tv xarici mediaya istinadən məlumat verir ki, 34 yaşlı müdafiəçi karyerasını ABŞ-nin MLS çempionatında davam etdirmək qərarına gəlib.
“Nacho”nun İspaniya klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. 2011-ci ildən “Real”da çıxış edən futbolçu indiyədək keçirdiyi 226 oyunda 12 qol vurub.