Bakı, 15 sentyabr, Sporaz.tv
La Liqanın 5-ci həftəsində “Real Madrid” səfərdə “Real Sociedad“(Real Sosyedad)-ı 2:0 hesabı ilə məğlub edib. Qarşılaşmaya ilk 11-də başlayan Arda Güler təsirli oyunu ilə diqqət çəkib və komandasına 1 penalti qazandırıb. Türkiyəli futbolçunun zərbəsindən sonra baş məşqçi Carlo Ancelottinin reaksiyası sosial mediada trend mövzusuna çevrilib.
Sporaz.tv məlumat verir ki, “Real Madrid” La Liqanın 5-ci həftəsində qəbul etdiyi “Real Sociedad”-ı 2 top fərqi ilə məğlub edib. Bənövşəyi-ağların heyətində Arda Güler ilk 11-də başladığı matçda diqqət çəkən adlar arasında olub. Gənc ulduzun bir mövqeyindən sonra ekranlara çıxan Karlo Ançelottinin reaksiyası sosial mediada səs-küy yaradıb.
Birinci hissənin uzatma vaxtında Arda Gülər ötürmə vermək istəyəndə top rəqibin üstündən sıçrayaraq yenidən onun qarşısına düşüb. Bu dəfə qol vuran Arda Güler az fərqlə qolu buraxıb. Bu mövqedən sonra ekrana gələn Carlo Ancelottinin köməkçisinə baxıb yenidən sahəyə dönməsi və çaşqın ifadə ilə gülümsəməsi sosial mediada türk pərəstişkarlarının böyük marağına səbəb olub.