“Real Madrid”in yarımmüdafiəsində daha bir zədə

Bakı, 2 sentyabr, Sporaz.tv

Real Madrid”in təcrübəli yarımmüdafiəçisi Dani Ceballos zədələnib.

Sporaz.tv xəbər verir ki, İspaniyanın “Real Madrid” klubu futbolçusu Dani Ceballosun zədələndiyini açıqlayıb.
Klubdan verilən açıqlamada səhhəti ilə bağlı müayinədən keçən Ceballosun sağ topuğunda zədə aşkarlandığı bildirilib.

Ceballosun sağalma prosesi ilə bağlı məlumat paylaşılmayıb.

Qeyd edək ki, Real Madriddə Jude BellinghamEduardo Camavinga hazırda zədəlidir.